Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsinin rəsmisi: "Azərbaycanda dini tələbatın ödənilməsi üçün məscidlərin sayı yetərlidir"

    İbadət ocaqlarının ümumi tutumu təxminən yarım milyon, ümumi dindarlığın sayı isə bu rəqəmin yarısından da azdır

    Bakı. 6 aprel. REPORT.AZ/ "Azərbaycanda 2 166 məscid var və bu ibadət ocaqlarının ümumi tutumu təxminən yarım milyon civarındadır". 

    Bunu "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

    Onun sözlərinə görə, Azərbaycanda dindarların ehtiyacına uyğun olaraq məscidlər mütəmadi inşa edilir: "Məscidlərin tikilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Ölkədə 2 166 məscid var və bu ibadət ocaqlarının ümumi tutumu təxminən yarım milyon civarındadır. Azərbaycandakı ümumi dindarlığın sayı isə bu rəqəmin yarısından da azdır".

    Ə.Zülfüqarov bildirib ki, ölkə ərazisində dini tələbatın ödənilməsi üçün mövcud məscidlərin sayı yetərlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi