Yuxarı
    Bağlamaq

    "Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr edilib

    Kitabın müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur

    Bakı 19 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr edib.

    Qurumdan "Report"a verilən məlumata görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur. Nəşrə ön sözü Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yazıb.

    Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, əsas dini mərkəz və icmalardan, dini təhsil ocaqlarından, eləcə də qeyri-ənənəvi dinlər və dini cərəyanlardan geniş bəhs olunub, onların zərərli fəaliyyəti ətraflı izah edilib. Eyni zamanda müstəqilliyimizi bərpa etdikdən sonra din sahəsində ideoloji, milli və ictimai təhlükəsizlik baxımından üzləşdiyimiz təhdidlər qruplaşdırılıb, onların düzgün izahı üçün konkret nümunələr təqdim olunub. Qeyd edilənlərə paralel olaraq din sahəsində ideoloji, milli və ictimai təhlükəsizlik baxımından əsas hədəflərimiz və prioritet istiqamətlər kitabda geniş işıqlandırılıb.

    Kitabın “Təhdidlər” bölməsi xüsusi aktuallıq kəsb edir. Bu bölmədə din sahəsində üzləşə biləcəyimiz təhdidlər geniş və konkret istiqamətlər üzrə göstərilib. “Din sahəsindən gələn təhdidlər” ilk dəfədir ətraflı şəkildə təqdim olunur. Bu sahədəki problemlərin müxtəlif vaxtlarda deyilməsinə və yazılmasına baxmayaraq, indiyədək bu mövzular kompleks şəkildə işlənilməyib. Kitabda dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontigent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi islamın zəiflədilməsi, məzhəbçiliyin, xarici təsirlərin, radikallığın gücləndirilməsi, eləcə də dinin siyasiləşdirilməsi, cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılması istiqamətlərində məkrli qrupların zərərli fəaliyyətinə geniş yer ayrılıb. Dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyllərinin gücləndirilməsi cəhdlərindən, habelə, diasporamıza dini zəmində yönəlik təhdidlərdən bəhs olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi