Yuxarı

Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliği gücləndirilir

Bu məqsədlə “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi