Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan
Daha sonra Dövlət Komitəsinin sədri dr. Fatima Alsmadinin Komitənin fəaliyyəti, Azərbaycanda mövcud olan dini durum, dini icmaların Azərbaycanda fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə Televiziyasının müşaviri dr. Fatima Alsmadi ölkəyə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin burada olduğu müddətdə əldə etdiyi məlumatların real vəziyyəti tam əks etdirmədiyini, bir sıra hallarda hətta qərəzli olduğunu deyib. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant bir ölkə olduğunun şahidi olduğunu vurğulayıb.
Qeyd edək ki, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və Əl-Cəzirə Televiziyasının İran məsələləri üzrə müşaviri dr. Fatima Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir.