Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir”

    “Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır”

    Bakı. 21 dekabr. REPORT.AZ/ “Biz fəxr edirik ki, islam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il bundan əvvəl bərpa edilən Şamaxı Cümə Məscididir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurur, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib”.

    “Report”un xəbərinə görə, bunu Bakıda, Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

    Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi