Yuxarı
    Bağlamaq

    Azərbaycan "Neva iftarı"ında iştirak edəcək

    Tədbirin məqsədi vətəndaşları müsəlman respublika və ölkələrin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış etməkdir

    Bakı. 24 iyun. REPORT.AZ/ Sankt-Peterburqda "Nevski iftarı" və ya "Respublika günləri" təşkil ediləcək.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu tədbirlər müqəddəs Ramazan ayının son on günündə baş tutacaq.

    Hər gecə ayrıca bir ölkəyə və respublikaya həsr olunacaq. Tədbirin məqsədi vətəndaşları müsəlman respublika və ölkələrin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış etməkdir.

    Artıq Tatarıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Başqırdıstan və Azərbaycan tədbirdə iştirak etmək arzusunu açıqlayıb.

    Tədbir Sankt-Peterburq şəhəri və Leninqrad əyalətinin müsəlmanlarının dini idarəsi və "Safmar" xeyriyyə fondu tərəfindən təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi