Yuxarı
    Bağlamaq

    İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimi keçiriləcək

    Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan müsəlmanlarına İmam Hüseynin (ə) təziyəsi ilə bağlı başsağlığı verib

    Bakı. 12 dekabr. REPORT.AZ/ Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimi keçiriləcək. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.

    Bakı və şimal bölgəsinin bəzi məscidləri istisna olmaqla, bütün bölgələrdəki məscidlərdə keçiriləcək mərasimlərdə Kərbəla hadisələrinin tarixi mahiyyəti, Vətən, iman sevgisi, torpağa bağlılıq təlqin olunacaq. Məclislərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək.

    QMİ Azərbaycan müsəlmanlarına İmam Hüseynin (ə) təziyəsi ilə bağlı başsağlığı verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi