Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıb Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Ramazan bayramı namazı qılınıb.
Din
15 İyun , 2018 09:00
Azərbaycan məscidlərində bayram namazı qılınıb
Report

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Ramazan bayramı namazı qılınıb.

“Report” xəbər verir ki, Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpirdəki namazda iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan ayının başa çatması və bayram münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır. 

Son xəbərlər

Orphus sistemi