Yuxarı
    Bağlamaq

    Azərbaycan, Gürcüstan və Dərbənddəki məscidlərdə cümə xütbələrində Süleyman Dəmirəlin xatirəsi anılıb

    Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə axund və imamlar onun ruhuna dualar oxuyublar

    Bakı. 10 iyul. REPORT.AZ/ İyulun 10-da Azərbaycanın məscidlərində, habelə Gürcüstan və Dərbənddəki məscidlərdə cümə xütbələrində qardaş Türkiyə xalqının tanınmış dövlət xadimi, dünya şöhrətli şəxsiyyət-Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi anılıb, onun ruhuna Allahdan rəhmət dilənib, dualar oxunub.

    Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. 

    QMİ-nin tövsiyəsi ilə axund və imamlar hər zaman millətinə və dövlətinə sədaqət və şərəflə xidmət etmiş müdrik şəxsiyyət, Azərbaycanı hər zaman əziz tutan, xalqımıza dərin ehtiram bəsləyən, mürəkkəb tarixi məqamlarda qardaş dəstəyini əsirgəməyən unudulmaz insan Süleyman Dəmirəlin xatirəsinin qəlbimizdə, müsəlmanların xatirəsində hər zaman yaşayacağı vurğulanıb.

    Moizələrdə “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın rəhbərləri - Süleyman Dəmirəllə ulu öndərimiz Heydər Əliyev arasında olan səmimi dostluq, əsl qardaşlıq münasibətlərinin xalqlarımız üçün dəyərli örnək kimi xüsusi önəm kəsb etdiyi vurğulanıb.

    İki qardaş xalqın ortaq mənəvi dəyərlərinə hər zaman sayğı nümayiş etdirən Süleyman Dəmirəlin müqəddəs dinimizə olan ehtiramı və qardaş xalqlarımız arasında dini-mənəvi əlaqələrin inkişafına həssaslıqla yanaşması rəğbətlə yad edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi