Yuxarı
    Bağlamaq

    Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların adları açıqlanıb - SİYAHI

    Bu il Aşura noyabrın 4-ü tarixinə təsadüf edir

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ mətbuat xidmətindən “Report”a bildirilib ki, qanvermə aksiyası ümumilikdə 14 məscid və ziyarətgahda keçiriləcək. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu "Əjdərbəy" məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.

    Qeyd edək ki, bu il Aşura noyabrın 4-ü tarixinə təsadüf edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi