Yuxarı
    Bağlamaq

    Azərbaycanın dövlət rəsmisi: “Bir çox dövlətlər din adından istifadə edib, ölkəmizə təsir etməyə çalışırlar”

    Müdavim-ruhanilərə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarında növbəti - üçüncü buraxılış olub. “Report”un məlumatına görə, bununla bağlı keçirilən tədbirdə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli çıxış edərək müdavimləri təbrik edib.

    QMİ-nin Aparat rəhbəri Simran Həsənov çıxışında deyib ki, kurs məzunlarına verilən sertifikatların sadəcə kursu bitirməni təsdiqləyən sənəd deyil, həm də məsuliyyəti artıran bir sənəd olduğunu vurğulayıb.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Siyavuş Heydərov çıxışında deyib ki, hazırda dünyada və regionda gedən proseslərdə din amilindən müxtəlif maraqlar üçün istifadə olunur: “Bir çox dövlətlər və siyasi dairələr din adından öz maraqlarına uyğun istifadə edib, ölkəmizə təsir etməyə çalışırlar. Din müqəddəsdir. Biz çalışmalıyıq ki, dinin müqəddəsliyini qoruyaq və kənar qüvvələrin ölkəmizdə dindən sui-istifadəsinə yol verməyək”.

    Sonra müdavim-ruhanilərə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi