Yuxarı
    Bağlamaq

    Ayətullahul-Uzma Həmadani Azərbaycana səfər edəcək

    Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub

    Bakı. 28 avqust. REPORT.AZ/ İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

    QMİ-nin dəvəti ilə reallaşdırılan səfər 31 avqust - 4 sentyabr tarixlərində gerçəkləşəcək.

    Səfər çərçivəsində Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.

    Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfər çərçivəsində Şəhidlər Xiyabanını, Heydər və Bibi-Heybət məscidini ziyarət edəcək, sonra TəzəPir məscidində namaz qılınacaq.
    Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi