​Avronun ucuzlaşacağı gözlənilir

​Avronun ucuzlaşacağı gözlənilir "Report": Lakin avronun bahalaşma potensialı hələ tam bitməyib
Din
18 May , 2015 14:13
​Avronun ucuzlaşacağı gözlənilir

Bakı. 18 may. REPORT.AZ/ Dünya bazarı və Azərbaycanda avronun bahalaşması prosesi müvəqqəti xarakter daşıyır. Vahid Avropa valyutasının məzənnəsi bu ilin aprelin 13-də 1,0519 USD/EUR səviyyəsindən başlayaraq ötən həftənin sonunda 1,1467 USD/EUR-ya qədər artıb.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın iki həftə ərzində məzənnənin yenidən 1,12 USD/EUR-ya qədər azalması mümkündür. Bunun əsas səbəbi valyuta treyderlərinin qazanclarını reallaşdırmaq istəməsi ilə bağlıdır.

Qeyd edək ki, bu gün səhər 1,1446 USD/EUR olan məzənnə ötən saatlar ərzində 1,1380 USD/EUR səviyyəsinə kimi geriləyib: "Lakin avronun bahalaşma potensialı da hələ tam bitməyib. Yaxın vaxtlarda 1,12 USD/EUR səviyyəsinə qədər gerilədikdən sonra avronun məzənnəsi yaxın 3-6 ayda 1,22 USD/EUR-ya qədər arta bilər".

Bu proseslər nəticəsində Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,0480 AZN/USD-a qədər artması, avronun isə 1,18 AZN/EUR kimi geriləməsi proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün, mayın 18-də dollar və avronun rəsmi məzənnəsi müvafiq olaraq 1,0471 AZN/USD və 1,1969 AZN/EUR təşkil edib.

Son xəbərlər

Orphus sistemi