​ATƏT səfiri: “Azərbaycanda son 2500 il ərzində antisemitizm mövcud olmayıb”

​ATƏT səfiri: “Azərbaycanda son 2500 il ərzində antisemitizm mövcud olmayıb” Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans başlayıb
Din
17 Noyabr , 2014 09:51
​ATƏT səfiri: “Azərbaycanda son 2500 il ərzində antisemitizm mövcud olmayıb”

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakıda ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz müsəlmanları İdarəsi (QMİ) və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkil etdiyi dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans başlayıb. “Report”un məlumatına görə, dini tolerantlığın Azərbaycan modeli, eləcə də ATƏT regionu və onun hüdudlarından kənarda mövcud olan çağırışlar əsas müzakirə mövzuları olub.

ATƏT-in Bakı layihə əlaqələndiricisi, bildirib ki, təmsil etdiyi qurumun tolerantlıq və qeyri-ayrı seçkiliyə dair, eləcə də antisemitizm, islamafobiya, xristian və digər qruplara qarşı ayrıseçkilik məsələləri ilə bağlı bir sıra öhdəliyi var: “Təşkilatımız demokratik cəmiyyətin qurulmasında dialoqun təşviqini dəstəkləyir, eləcə də ATƏT regionunda nifrət zəminində cinayətlərə və çıxışlara qarşı qəti mövqe tutur.

Azərbaycana gəldikdə, bir çoxları razılaşar ki, dini tolerantlıq sahəsində bu ölkənin göstəriciləri xeyli yaxşıdır. Misal üçün deyə bilərəm ki, burada son 2500 il ərzində antisemitizm faktiki olaraq mövcud olmayıb. ATƏT-in mövqeyi nəzərindən ən vacib məsələ isə odur ki, dini tolerantlıq və dini icmaların birgə dinc yaşaması kimi Azərbaycanın çox dəyərli nailiyyəti və müsbət mirası gələcək nəsillər üçün daha da möhkəmləndirisin və qorunub saxlanılsın”.

Tədbirdə 11 ölkəni təmsil edən 100-dən çox iştirakçı bir araya gəlib.
Müxtəlif hökumət orqanları, Azərbaycan Milli Məclisi, beynəlxalq təşkilatlar, dini icmalar, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, eləcə də beynəlxalq mütəxəssislər və elm adamları demokratik cəmiyyətdə dinlər arası dialoqun rolunu və qloballaşan dünyada dini radikallaşma meyillərinin qarşısının alınması yollarını da müzakirə ediblər.

Beynəlxalq konfrans iki gün davam edəcək.
Qeyd edək ki, BMT 16 noyabr tarixini Beynəlxalq Tolerantlıq Günü elan edib.

Son xəbərlər

Orphus sistemi