“Art of Living Fondu”nun rəhbəri: "Azərbaycan multikulturalizm ənənələrinə görə dünyaya nümunədir"

“Art of Living Fondu”nun rəhbəri: "Azərbaycan multikulturalizm ənənələrinə görə dünyaya nümunədir" Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan multikulturalizm ənənələrinə görə dünyaya nümunədir.
Din
25 Oktyabr , 2018 18:23
“Art of Living Fondu”nun rəhbəri: Azərbaycan multikulturalizm ənənələrinə görə dünyaya nümunədir

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycan multikulturalizm ənənələrinə görə dünyaya nümunədir".

"Report" xəbər verir ki, bunu Hindistanın “Art of Living Fondu”nun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti böyük təşəbbüsü öz üzərinə götürərək dünyada sülhü, multikulturalizmi təbliğ edir: "Tolerantlıq neqativ məna daşımadan mədəniyyətlərə, müxtəlif xalqların bir-birinə hörmətdir. Multikulturalizm ənənələri zəiflətmir, mənsubiyyəti itirmir. Bütün din nümayəndələri bu ölkədə çiyin-çiyinə yaşayır, fəaliyyət göstərir. Biz də bu müxtəlifliyi təqdir edib sevməliyik. Multikulturalizm digər ənənələrə mehriban yanaşma tərzi sərgiləyir". 

Son xəbərlər

Orphus sistemi