Allahşükür Paşazadə: "Ulu öndər dinindən asılı olmayaraq, bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib"

Allahşükür Paşazadə: "Ulu öndər dinindən asılı olmayaraq, bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib" "Bununla da bütün dünyanın diqqətini məhz Azərbaycana yönəldirdi"
Din
7 May , 2016 12:46
Allahşükür Paşazadə: Ulu öndər dinindən asılı olmayaraq, bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib

Bakı. 7 may. REPORT.AZ/ "Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram Heydər Əliyevin zamanında daha yüksək səviyyəyə qaldırılaraq, ümumdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti qismində həyata keçirilməyə başlandı".

"Repor"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev irsi və multikultural dəyərlər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi: "Ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək Azərbaycan dövlətçiliyinin sarsılmaz bünövrəsini qoymuş oldu. Ulu öndərin fəaliyyətində müstəqil Azərbaycanın İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi böyük önəm kəsb edir".

O qeyd edib ki, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərindən sınağından çıxmış adət-ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olub və onları təbrik edirdi: "Bunun nəticəsində 1998-ci ildə Rus Pravoslav kilsəsinin Bakı yeparxiyası yaradılıb, Jen-Mironosits kilsəsi bərpa olunub. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, azsaylı katolik icması üçün kilsə də inşa edilib. Bununla yanaşı, Heydər Əliyev digər dinlərin liderlərini Azərbaycana dəvət edib. Bununla da bütün dünyanın diqqətini məhz Azərbaycana yönəldirdi. Eyni zamanda, ümumbəşəri önəm kəsb edən amili məhz Azərbaycan nümunəsində dünya miqyasında bənzərsiz, anoloqu olmayan bir fenomenə çevirməyə müvəffəq oldu. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl ölkə kimi gündəmdədir. Təbii ki, burada siyasi iradə, dövlət başçısının lider rolu böyük önəm daşıyır. İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir". 

A.Paşazadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısıdır: "Bu yaxınlarda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi bu fəaliyyətin məntiqi nəticəsi idi. Bu, eyni zamanda Azərbaycana, onun rəhbərinin siyasətinə verilən dəyərin göstəricisidir. Dinlərarası, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi, milli-mənəvi irsimizin tolerantlıq ənənələrimizin təbliği Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də önəmli yer tutur. Bu gün dünyanın müxtəlif yerlərində dini və müxtəlif zəminlərdə toqquşmalar baş verdiyi halda, Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyət daşıyıcıları dostluq, qardaşlıq şəraitində yaşayır, onlar arsında çox sıx dinlərarası dialoq mövcuddur. Belə bir nümunə dünyanın digər ölkələrində nadir tapılar".

Son xəbərlər

Orphus sistemi