Allahşükür Paşazadə: “Prezident İlham Əliyevin Nardarana getməsi qəsəbə sakinlərində ruh yüksəkliyi yaradıb”

Allahşükür Paşazadə: “Prezident İlham Əliyevin Nardarana getməsi qəsəbə sakinlərində ruh yüksəkliyi yaradıb” “Nardaranlılar həmişə ölkə başçısının siyasətini dəstəkləyiblər”
Din
21 İyun , 2016 13:46
Allahşükür Paşazadə: “Prezident İlham Əliyevin Nardarana getməsi qəsəbə sakinlərində ruh yüksəkliyi yaradıb”

Bakı. 21 iyun. REPORT.AZ/ “Prezident İlham Əliyevin Nardarana getməsi və orada görülən işlərlə tanış olması sakinlərdə ruh yüksəkliyi yaradıb”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda hər kəs, o cümlədən Nardaran sakinləri dövlətin siyasətini dəstəkləyirlər: “Prezidentin Nardarana getməsi onu göstərir ki, Azərbaycanın hər bir guşəsi dövlət başçısı üçün əzizdir".

A.Paşazdə qeyd edib ki, Nardaran sakinləri Prezident İlham Əliyevin qəsəbəyə getməsindən razı qalıblar: "Nardaranlılar həmişə ölkə başçısının siyasətini dəstəkləyiblər. Bundan sonra da belə olacaq”.

Son xəbərlər

Orphus sistemi