Allahşükür Paşazadə Moskvaya səfərə yola düşüb

Allahşükür Paşazadə Moskvaya səfərə yola düşüb O, Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək
Din
7 Sentyabr , 2017 13:12
Allahşükür Paşazadə Moskvaya səfərə yola düşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə / Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşüb.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şeyxülislam A.Paşazadə səfər çərçivəsində Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək. Görüş sentyabrın 8-də Moskva şəhərində baş tutacaq.

Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

Son xəbərlər

Orphus sistemi