Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə: “Hər başına papaq və saqqal qoyanın özünü molla kimi təqdim etməsi dindarlara olan inamı azaldıb”

    QMİ sədri: ​“Hər bir məscid dindarların hesabına yaşamalıdır, amma bu gün məscidlər yaşamaq üçün dövlətdən yardım istəyir”

    Bakı. 8 dekabr. REPORT.AZ/ “Hər bir məscid orada ibadət edən dindarların hesabına yaşamalıdır. Amma bu gün bütün məscidlər fəaliyyət göstərmək üçün dövlətdən yardım istəyir”.

    “Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunan  “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı iki həftəlik seminarın yekun tədbirində deyib.

    QMİ sədri bildirib ki, dində müxtəlif cəryanların ortaya çıxıb yayılması normal qarşılana bilməz: "Eyni zamanda, hər başına papaq qoyanın və saqqal saxlayanın özünü molla kimi təqdim etməsi xalqımızın dindarlarımıza olan inamını azaldıb”.

    A.Paşazadə QMİ-nin Şabran rayonunda 1770 hektar torpaq sahəsinin olması haqqında deyilənlərə da aydınlıq gətirib: "Yazıblar ki, dövlət Qafqaz Müsəlmanları İdarəsinin 1770 hektar torpağını əlindən alıb. O məlumat düzgün araşdırılmadan yazılıb. Çünki həmin torpağı biz könüllü şəkildə Özbəkistanın Fərqanə vilayətindən qaçqın kimi gələnlərə vermişik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi