Yuxarı

​Allahşükür Paşazadə: “Gənclərin başqa dövlətlərin ərazisində müharibələrə cəlb olunması yolverilməzdir”

“Yetişməkdə olan nəsillərin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik”

Bakı. 18 noyabr. REPORT.AZ/ “Biz müasir dövrün qlobal bəlalarından xilas olmaq və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daim qoruyub saxlamalı, mədəniyyətlər və dinlərarası dialoqu inkişaf etdirməliyik”. “Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Xalqlarımızın, xüsusən gəncliyin tolerant, müxtəlif mədəniyyətlərə ehtiram, habelə vətənpərvərlik ruhunda, vətən təəsübünü dəyərləndirmək iqtidarına tərbiyəsini təmin etməliyik. Gənclərin müxtəlif vasitələrlə şirnikləndirilib başqa dövlətlərin ərazisində ideoloji qılaf daxilində gedən siyasi qarşıdurma və müharibələrə cəlb olunması yolverilməzdir. Bu baxımdan, yetişməkdə olan nəsillərin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik” – deyə, QMİ sədri əlavə edib.

QMİ sədri əlavə edib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib: “Şükürlər olsun ki, Azərbaycan iqtisadi-siyasi diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi