Yuxarı

Allahşükür Paşazadə: "Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsi siyasi riyakarlıqdır"

QMİ sədri: Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb

Bakı. 16 aprel. REPORT.AZ/ “İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik”. “Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə "İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. A.Paşazadə əlavə edib ki, bu gün Azərbaycan İslam dininin elmi və maarifpərvər əhəmiyyətini təbliğ edən, onun sülhsevər və tolerant ruhunu dünyaya çatdıran ölkələrdən biridir: “Əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb.

O qeyd edib ki, iki yüz ildən artıq bir dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıqdı: “Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, indiyə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər. Dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların,elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi