Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə: “Bu gün Azərbaycanda bütün məscidlərdə eyni gündə, eyni vaxtda namaz qılındı”

    Azərbaycanda təxribat törətmək istəyən qüvvələr heç bir şeyə nail ola bilməyəcək, çünki bu vəhdəti heç kim qıra bilməz

    Bakı. 6 iyul. REPORT.AZ/ “Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin daşıyıcıları bəzən başqa dövlətlərin təsiri nəticəsində bayramları ayrı-ayrı günlərdə qeyd edirdilər”.

    “Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı eyni gündə, eyni vaxtda namaz qıldı: “Bu, bir daha Azərbaycanda məzhəb ayrı-seçkiliyi olmadığını göstərir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının bizə göstərdiyi vaxta uyğun olaraq, başqa dövlətlərin üfüqünü götürmədən, birinci dəfədir Azərbaycanın bütün məscidlərində eyni gündə, eyni vaxtda namaz qılındı. Bu da bizim vəhdətimizi göstərir”.

    A.Paşazadə bildirib ki, bu gün dünyanın müsəlmanlar yaşayan heç bir yerində belə vəhdət yoxdur: “Bu da bizim tolerantlığımızın göstəricisidir. Dövlətimizin istəyi bizim həmişə bir olmağımızdır. Bizim böyük düşmənimiz var, Qarabağ boyda dərdimiz var. Allah təala tezliklə torpaqlarımızın azad olunmasını bizə qismət eləsin. Biz birlikdə olsaq, bizə heç kim qalib gələ bilməz. Namazların eyni vaxtda qılınması, azanın eyni vaxtda verilməsi bizim üçün çox mühüm məsələ idi. Bu məsələni də həll etdik. Azərbaycanda təxribat törətmək istəyən qüvvələr heç bir şeyə nail ola bilməyəcək. Çünki bu vəhdəti heç kim qıra bilməz".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi