​Allahşükür Paşazadə Belarusun yeni səfirini qəbul edib

​Allahşükür Paşazadə Belarusun yeni səfirini qəbul edib Görüşdə Azərbaycan və Belarus xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq bildirilib
Din
2 Dekabr , 2015 17:30
​Allahşükür Paşazadə Belarusun yeni səfirini qəbul edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

Bu barədə "Report"a QMİ-dən məlumat verilib.

Görüşdə Azərbaycan və Belarus xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq bildirilib. Bu tarixi, ənənəvi əlaqələrin inkişafında dini-mənəvi əməkdaşlığın da böyük rolu olduğu əlavə olunub.

Qafqaz Müsəlmanları İdarəsi ilə Belarusun dini mərkəzi – Patriarx Ekzarxlığı arasında dinlərarası dialoq sahəsində müsbət iş təcrübəsinin olduğu vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi