ADPU-da “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub

ADPU-da “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub Mühazirə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində baş tutub
Din
17 Mart , 2017 21:11
ADPU-da “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Bakı. 17 mart. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

BBMM-in əməkdaşı Yadigar Məmmədli layihə haqqında məlumat verib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi-coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədi ilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq "dəyirmi masa"lar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək”.

Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa oxuyub. Mühazirəçi Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında tələbə və professor-müəllim heyətinə ətraflı məlumat verib.

Mühazirənin sonunda iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi