​Mübariz Qurbanlı: “Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır”

​Mübariz Qurbanlı: “Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır” “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirilib
Din
3 Noyabr , 2014 17:15
​Mübariz Qurbanlı: “Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır”
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Odlar Yurdu Universiteti ilə birgə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən bildirilib.

Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac var. O, bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə belə bir konfransın keçirilməsi məhz bu ehtiyacdan yaranıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyin bərpasından sonra milli-mənəvi dəyərləriə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb.

Konfransın sonunda müəllim və tələbələri maraqlandıran suallara cavablar verilib.

Son xəbərlər

Orphus sistemi