Yuxarı
    Bağlamaq

    ​Dövlət Komitəsi: “Bizim adımızdan qərəzli məlumat yayanlarla bağlı zəruri tədbirlər görüləcək”

    “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dqdk@box.az adında elektron poçt ünvanı yoxdur”

    Bakı. 3 noyabr. REPORT.AZ/ “Son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından məqsədli şəkildə bəzi fikirlər yayılıb və həmin fikirlər Dövlət Komitəsinin rəsmi mövqeyi kimi müzakirəyə çıxarılıb. Bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dqdk@box.az adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar Dövlət Komitəsinə aid deyil”. Bu barədə “Report”a Dövlət Komitəsindən daxil olan açıqlamada bildirilib.

    Mətbuat xidmətindən bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar DQİDK-nin rəsmi internet saytından – www.scwra.gov.az və mətbuat katibinin elektron ünvanından - press@scwra.gov.az yayılır. Media qurumlarından xahiş olunur ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları Komitənin mətbuat xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur.

    “Eyni zamanda bildiririk ki, Dövlət Komitəsi tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcək” – deyə, məlumatda bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi