Yuxarı
    Bağlamaq

    Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasına səfər edəcək

    QMİ sədri konfransda məruzə ilə çıxış edəcək

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən bildirilib.

    Səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməkdir.

    Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.

    QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi