Şotlandiyada müstəqillik referendumuna start verilib

Şotlandiyada müstəqillik referendumuna start verilib Qeydiyyatdan keçən seçicilərin ümumi sayı 4 milyon 285 min 323 nəfərdir
Digər ölkələr
18 Sentyabr , 2014 13:59
Şotlandiyada müstəqillik referendumuna start verilib
Bakı. 18 sentyabr. REPORT.AZ/ Şotlandiyada bu gün səhər saat 7.00-dan (Bakı vaxtı ilə saat 11.00-da) etibarən müstəqilliklə bağlı referendum səsverməsi başlayıb. "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bülletendə cəmi bir sual verilib: "Şotlandiyanın müstəqil ölkə olmasına razısınız?"

Səsvermə hüququna Şotlandiya sakinləri olan Britaniya vətəndaşları, Britaniya Birliyinə daxil olan 52 ölkə vətəndaşı, Avropa İttifaqının 27 ölkəsinin vətəndaşları və lordlar palatasının üzvləri, həmçinin Şotlandiya seçki məntəqələrində qeydiyyatdan keçən hərbi qulluqçular sahibdirlər.

Seçicilərin yaş məhdudiyyəti isə 18-dən 16 yaşa endirilib. Qeydiyyatdan keçən seçicilərin ümumi sayı 4 milyon 285 min 323 nəfər təşkil edib.

Seçki məntəqələri saat 22.00-da bağlanacaq, bundan sonra səslər sayılacaq.

Sakinlərin əksəriyyəti müstəqillik lehinə səs verəcəyi təqdirdə Şotlandiya 2016-cı il mart ayının 24-də Birləşmiş Krallığın tərkibindən çıxacaq. 

Son xəbərlər

Orphus sistemi