​Zirzəmidəki ruh şərab həvəskarlarını şoka salıb - VİDEO

​Zirzəmidəki ruh şərab həvəskarlarını şoka salıb - VİDEO Paronormal hadisələr üzrə ekspertlər videogörüntüdə həqiqətən ruhun hərəkət etdiyini təsdiqləyir
Digər ölkələr
23 İyul , 2015 05:55
​Zirzəmidəki ruh şərab həvəskarlarını şoka salıb - VİDEO

Bakı. 23 iyul. REPORT.AZ/ İngiltərənin Çeşir qraflığındakı barlardan birində daxili nəzarət kameraları pilləkənlərlə "sürüşərək" hərəkət edən ruhu lentə alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, videogörüntüdə bar işçilərinin zirzəmidəki işığı söndürərək oradan uzaqlaşmaları aydın görünür. Bundan sonra kamera silkələnməyə başlayır və görüntü itir, sonra isə orada pilləkənlərlə asta-asta yuxarıya tərəf hərəkət edən naməlum açıq rəngdə siluet görünür.

"Barın işçiləri müntəzəm olaraq burada gənc qadının ruhunu görürlər. Eləcə də barın əməkdaşları buranın çox mənfi atmosferi olduğunu və bir sıra anlaşılmaz şeylərin baş verdiyini deyirlər. Məsələn, çaxır zirzəmisində tez-tez elektrik lampasının özünün yanıb-sönməsi müşahidə olunur və zirzəmidən qışqırıq səsləri gəlir", - deyə barın əməkdaşları deyir.

Qeyd edək ki, paronormal hadisələr üzrə ekspertlər videogörüntüdə həqiqətən ruhun hərəkət etdiyini təsdiqləyirlər. 

Son xəbərlər

Orphus sistemi