Zimbabvenin hazırkı lideri prezident seçkilərində qalib olub

Zimbabvenin hazırkı lideri prezident seçkilərində qalib olub Bakı. 3 avqust. REPORT.AZ/ Zimbabvenin hazırkı lideri Emmerson Mnanqaqva ölkənin on əyalətinin doqquzunda seçici səslərinin hesablanmasından sonra prezident seçkilərində qalib gəlib.
Digər ölkələr
3 Avqust , 2018 01:57
Zimbabvenin hazırkı lideri prezident seçkilərində qalib olub

Bakı. 3 avqust. REPORT.AZ/ Zimbabvenin hazırkı lideri Emmerson Mnanqaqva ölkənin on əyalətinin doqquzunda seçici səslərinin hesablanmasından sonra prezident seçkilərində qalib gəlib.

"Report"un məlumatına görə, bu barədə Seçki Komissiyasının məlumatına istinadən SABC telekanalı xəbər verib.

Hakim partiya "Zimbabvenin Afrikanın Milli Birliyi Vətənpərvərlik Cəbhəsi"ni təmsil edən Mnanqaqvaya 2 milyondan çox seçici səs verib. Onun əsas rəqibi olan "Demokratik Dəyişikliklər uğrunda Hərəkat" müxalifət partiyasının namizədi Nelson Çamiza 1,9 milyona yaxın səs toplayıb.

Bununla belə, Çamiza paytaxt Xararedəki seçkilərdə artıq ikiqat üstünlüyü ilə qalib gəlib. Belə ki, paytaxtda ona 548 min, Mnanqaqvaya isə 204 min seçici səs verib.

Son xəbərlər

Orphus sistemi