Zimbabvenin 92 yaşlı prezidenti səhhəti ilə bağlı yayılanları təkzib edib

Zimbabvenin 92 yaşlı prezidenti səhhəti ilə bağlı yayılanları təkzib edib Robert Muqabe jurnalistlərə zarafatla deyib: "Ölmüşdüm, dirildim"
Digər ölkələr
3 Sentyabr , 2016 14:40
Zimbabvenin 92 yaşlı prezidenti səhhəti ilə bağlı yayılanları təkzib edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabe sentyabrın 3-də xarici səfərdən ölkəsinə qayıdaraq səhhəti haqda yayılan xəbərləri təkzib edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xarici səfəri zamanı KİV-də onun sağlığında problemin olması haqda məlumat yayılmışdı.

Məlumata görə, o, Afrika ölkələri liderlərinin sammitindən sonra Dubaya, oradan isə Sinqapura uçub. Sinqapurda Robert Muqabe tibii müayinədən keçib.

Sentyabrın 3-də Zimbabve prezidenti paytaxt Xararedə jurnalistlərə bildirib: "Dubaya övladlarımın işi ilə bağlı getmişdim".

Xəbərə görə, o, səhhəti haqda yayılanlara işarə edərək zarafatla deyib: "Ölmüşdüm, dirildim".

Qeyd edək ki, Robert Muqabe faktiki olaraq 1980-ci ildən, müstəqillik əldə etdiyi vaxtdan Zimbabveyə rəhbərlik edir. 1987-ci ildə isə o, ölkənin ilk prezidenti olub. Bu ilin martında R.Muqabe səlahiyyət müddəti başa çatandək prezident olacağını, siyasətdən getməyə hazılaşmadığını açıqlayıb. Onun səlahiyyət müddəti isə 2018-ci ildə 94 yaşı olanda bitəcək. Zimbabvenin lideri 2018-ci ildə keçiriləcək prezident seçkisində də namizədliyini irəli sürəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi