Zimbabvedə prezident və parlament seçkilərinə start verilib

Zimbabvedə prezident və parlament seçkilərinə start verilib Bakı. 30 iyul. REPORT.AZ/ Zimbabvedə prezident və parlament seçkilərinə start verilib.
Digər ölkələr
30 İyul , 2018 10:52
Zimbabvedə prezident və parlament seçkilərinə start verilib
AP

Bakı. 30 iyul. REPORT.AZ/ Zimbabvedə prezident və parlament seçkilərinə start verilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 10985 seçki məntəqələrində səsvermə yerli vaxt 07:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və 19:00-dək davam edəcək. 

Seçki Komissiyasının məlumatına görə, səsvermədə 5,7 milyon nəfərdən çox insan iştirak edəcək. Nəticələr avqustun 4-də elan edilməlidir.

Bu Afrika ölkəsinin ən yüksək postuna 23 namizəd iddia edir. Amma əsas mübarizə 75 yaşlı hazırkı prezident, hakim "Zimbabve Afrika Milli Birliyi - Vətənpərvərlik Cəbhəsi"nə rəhbərlik edən Emmerson Mnanqaqva və "Demokratik Dəyişikliklər Hərəkatı" ətrafında birləşən digər yeddi müxalifət partiyasının yaratdığı ittifaqın lideri, 40 yaşlı Nelson Çamis arasında gedəcək.

Səsvermədən əvvəl ekspertlər rəqiblərin təxminən bərabər reytinqə malik olduğunu qeyd edib və səsvermənin ikinci mərhələsini istisna etməyiblər. Zimbabve parlamentində mandat qazanmaq üçün isə 55 partiyanın nümayəndəsi mübarizə aparacaq.

Qeyd edək ki, bu seçkilər 1980-ci ildə müstəqilliyini elan etmiş Zimbabvenin tarixinə 2017-ci ilin noyabr ayında hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış milli azadlıq hərəkatının tarixi lideri Robert Muqabenin iştirtakı olmadan keçirilən ilk səsvermə kimi düşəcək.

Son xəbərlər

Orphus sistemi