Zimbabvedə müxalifət lideri prezident seçkilərində qələbə qazandığını elan edib

Zimbabvedə müxalifət lideri prezident seçkilərində qələbə qazandığını elan edib Bakı. 31 iyul. REPORT.AZ/ Demokratik Dəyişiklik Uğrunda Hərəkatın lideri və Zimbabve prezidenti postuna əsas müxalifətçi namizəd olan Nelson Çhamisa iyulun 30-da keçirilən prezident seçkilərində qələbə qazandığını elan edib.
Digər ölkələr
129
31 İyul , 2018 11:09
Zimbabvedə müxalifət lideri prezident seçkilərində qələbə qazandığını elan edib
AFP

Bakı. 31 iyul. REPORT.AZ/ "Demokratik Dəyişiklik Uğrunda Hərəkat"ın lideri və Zimbabve prezidenti postuna əsas müxalifətçi namizəd olan Nelson Çhamisa iyulun 30-da keçirilən prezident seçkilərində qələbə qazandığını elan edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Möhtəşəm qələbə ... öhdəsindən əla gəldik. Biz yeni hpkuməti formalaşdırmağa hazırıq", - N.Çhamisa 10 min seçki məntəqəsində səslərin hesablanmasından sonra "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Zimbabvedə prezident və parlament seçkiləri dünən ciddi insidentlər və pozuntular olmadan keçirilib. Rəsmi nəticələr avqustun 4-də elan olunmalıdır.

Əlavə edək ki, bu 1980-ci ildə Böyük Britaniyanın müstəmləkəsindən xilas olaraq azadlıq əldə etmiş ölkə tarixində səkkizinci, 30 il prezident vəzifəsini yerinə yetirmiş 93 yaşlı Robert Muqabenin 2017-ci ilin noyabr ayında hakimiyyətdən uzaqlaşdırılmasından ssonra ilk seçkilər olub. 

Son xəbərlər

Orphus sistemi