Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər

Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər Hərbçilər: “Əməliyyatlar nəticəsində çox əhəmiyyətli uğurlar əldə etdiyimiz bildirmək istəyirik”
Digər ölkələr
17 Noyabr , 2017 13:51
Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər

Bakı. 17 noyabr. REPORT.AZ/ Zimbabvedə hərbçilər prezident Robert Muqabenin yaxın ətrafına daxil olan bir neçə nəfəri həbs ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, hazırda hərbçilər ölkə paytaxtı Harareyə nəzarət edirlər.

“Əməliyyatlar nəticəsində çox əhəmiyyətli uğurlar əldə etdiyimizi bildirmək istəyirik. Biz cinayətkarların bəzilərini tutumuşuq, təəssüf ki, onların  bir neçəsi gizlənib”, - hərbçilər bildiriblər. 

Həbs olunanların siyahısı açıqlanmasa da, onların Prezident Robert Muqabenin yaxın ətrafına daxil olan şəxslər olduğu qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi