​Zimbabvedə 22 fil brokonyerlər tərəfindən zəhərləndirilib

​Zimbabvedə 22 fil brokonyerlər tərəfindən zəhərləndirilib Oktyabrda ümumilikdə 63 fil brokonyerlərin qunrbanı olub
Digər ölkələr
27 Oktyabr , 2015 03:12
​Zimbabvedə 22 fil brokonyerlər tərəfindən zəhərləndirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Zimbabve Milli Parkında 22 fil brokonyerlər tərəfindən sianid ilə zəhərləndirilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, heyvanların cəsədləri parkın mühafizə xidməti tərəfindən tapılıb.

Onların sözlərinə görə, brokonyerlər yalnız üç fil dişini özləri ilə aparıblar. Park əməkdaşları vəziyyətlə bağlı son dərəcə narahatçılıqlarını ifadə ediblər.

"Bizim sianiddən bu sürətlə heyvan itirməyimiz həyəcan doğurur", - deyə parkın rəsmi nümayəndəsi Kerolayn Vaşaya-Moyo bildirib. O qeyd edib ki, sianiddən parkın digər sakinləri də ölürlər.

Yerli hakimiyyətin məlumatına görə, oktyabrda Zimbabvedə brokonyerlər tərəfindən öldürülən fillərin sayı 62-yə çatıb.

Son xəbərlər

Orphus sistemi