Zimbabve prezidentinə sui-qəsd edilib

Zimbabve prezidentinə sui-qəsd edilib Bakı. 23 iyun. REPORT.AZ/ Zimbabvedə prezident Emmerson Mnanqaqvaya sui-qəsd edilib.
Digər ölkələr
23 İyun , 2018 20:21
Zimbabve prezidentinə sui-qəsd edilib

Bakı. 23 iyun. REPORT.AZ/ Zimbabvedə prezident Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Herald" məlumat yayıb.

Məlumata görə, hadisə "White City Stadium" stadionunda baş verib. Prezidentin seçkiöncəsi kampaniya çərçivəsində keçirdiyi mitinq zamanı partlayış törədilib.

Təsdiqlənməmiş məlumatlara görə, minlərlə insanın iştirak etdiyi mitinqdə törədilən partlayış zamanı xəsarət alanlar var. Lakin onların dəqiq sayı və vəziyyəti hələ məlum deyil.

Xəbərdə bildirilir ki, prezident partlayış zamanı xəsarət almayıb. O, ərazidən uğurla təxliyyə edilib.  

Son xəbərlər

Orphus sistemi