Zimbabve hərbçiləri: "Ölkədə vəziyyət dəyişib"

Zimbabve hərbçiləri: "Ölkədə vəziyyət dəyişib" Həbrçilər bildiriblər ki, Zimbabve Prezidenti Robert Muqabenin məsuliyyətini üzərlərinə götürüblər
Digər ölkələr
15 Noyabr , 2017 09:58
Zimbabve hərbçiləri: Ölkədə vəziyyət dəyişib
РИА Новости / Александр Кряжев

Bakı. 15 noyabr. REPORT.AZ/ Zimbabvedə hərbçilər ölkədə fərqli şəraitin yarandığını bildiriblər.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Hərbçilər bildiriblər ki, Zimbabve Prezidenti Robert Muqabenin məsuliyyətini üzərlərinə götürüblər.

Qəzetin yazdığına görə, ZVS dövlət televiziyası tutulduqdan sonra hərbi geyimli iki zabit ölkədə hərbçilərin hakimiyyəti ələ keçirdikləri haqqında xəbərləri təkzib edib: “Robert Muqabe və ailəsi etibarlı, təhlükəsiz yerdədir. Onların təhlükəsizliyi təmin edilib”.

“Hədəfimiz prezidentin ətrafındakı cinayətkarları təmizləməkdir. Onların törətdikləri cinayətlər ölkədə iqtisadi və sosial sahələrdə zülm yaradıb. Biz onların məsuliyyət cəlb edilməsinin istəyirik. İstənilən təxribat cəzasız qalmayacaq”, - Zimbabve Silahlı Qüvvələri Qərargahının rəisi general-mayor S.B.Moyo vurğulayıb.

Bir müddət əvvəl Zimbabvenin küçələrində hərbi maşınlar və silahlı əsgərlərin görünməsi, onların yoldan keçə sakinlərə hücum etməsi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Zimbabve Prezidenti Robert Qabriel Muqabe 1924-cü il fevralın 21-də anadan olub. 93 yaşlı Muqabe 1980-ci ildən Zimbabvenin rəhbəridir. 

Son xəbərlər

Orphus sistemi