Zərif: Tramp İranla müharibə etmək istəmir

Zərif: Tramp İranla müharibə etmək istəmir ABŞ prezidenti Donald Tramp Tehranla müharibə istəmir, lakin onun ətrafı bunun əksini etiraz etməzdi.
Digər ölkələr
16 İyul , 2019 05:55
Zərif: Tramp İranla müharibə etmək istəmir

"ABŞ prezidenti Donald Tramp Tehranla müharibə istəmir, lakin onun ətrafı bunun əksini "etiraz etməzdi".

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif Amerikanın NBC telekanalına müsahibəsində deyib.

"Düşünmürəm ki, prezident Tramp müharibə istəyir, lakin əminəm ki, onun ətrafı buna etiraz etməzdi", - deyə Zərf bildirib.

O əlavə edib ki, Tramp təzyiq altındadır, lakin ətrafdakıların onun qərarlarına təsir etmək cəhdləri "sonda uğurla nəticələnmir, çünki ağıl üstünlük təşkil edir".

"İran böyük, qürurlu ölkədir və biz hərbi hücumlara biganə qalmayacağıq", - deyə Zərif bildirib.

Son xəbərlər

Orphus sistemi