​Zərif: Qaçqın böhranı Avropanı Suriya münaqişəsinin təcili nizamlanmalı olduğunu anlamağa məcbur edib

​Zərif: Qaçqın böhranı Avropanı Suriya münaqişəsinin təcili nizamlanmalı olduğunu anlamağa məcbur edib "Bizimlə söhbət edənlərin hamısı həll yollarının təcili olaraq axtarılmasından danışır"
Digər ölkələr
27 Sentyabr , 2015 09:02
​Zərif: Qaçqın böhranı Avropanı Suriya münaqişəsinin təcili nizamlanmalı olduğunu anlamağa məcbur edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Qaçqınlarla bağlı böhran Avropa İttifaqı (Aİ) ölkələrini Suriyadakı münaqişənin tez bir zamanda nizamlanmasının zəruri olduğunu anlamağa məcbur edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə şənbə günü Nyu-Yorkda keçirilən görüşdə deyib.

Nazirin sözlərinə görə, əvvəl ona elə gəlirdi ki, "Avropa bu böhrana lazım olandan az diqqət ayırır".

"Lakin indi Aİ ölkələri qaçqın axını ilə qarşılaşdıqları bir vaxtda, öz baxış bucaqlarını dəyişməyə başlayırlar", - deyə o əlavə edib.

Zərif qeyd edib ki, o, Avropanın bir çox rəsmi şəxslərinin, o cümlədən Avstriya prezidenti Haynts Fişer, İspaniya və Almaniyanın XİN rəhbərləri Maruel Qarsiya Marqalyo və Frank Valter Ştaynmayerin şərhlərində bunu sezməyə başlayıb.

"Bizimlə söhbət edənlərin hamısı həll yollarının təcili olaraq axtarılmasından danışır ki, bu da həqiqətən əvvəl çatışmayan bir hal idi", - deyə Zərif qeyd edib.

Son xəbərlər

Orphus sistemi