Zərif ərəb koalisiyasının Yəməndə yeni hərbi əməliyyata başlamasını şərh edib

Zərif ərəb koalisiyasının Yəməndə yeni hərbi əməliyyata başlamasını şərh edib İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ərəb koalisiyasının Yəməndə başladığı hərbi əməliyyatı şərh edib.
Digər ölkələr
21 Sentyabr , 2019 08:17
Zərif ərəb koalisiyasının Yəməndə yeni hərbi əməliyyata başlamasını şərh edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ərəb koalisiyasının Yəməndə başladığı hərbi əməliyyatı şərh edib.

“Report” xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Səudiyyə rejimi İranı əsassız olaraq öz neft obyektlərinə hücumlarda günahlandırdığı halda, bu gün BMT-nin atəşkəs rejimini pozaraq Yəmənin Hodeyda şəhərinə cavab atəşi açması maraq doğurur", - deyə nazir bildirib.

Zərifin sözlərinə görə, "aydındır ki, hətta səudiyyəlilərin özləri də İranın iştirakı barədə uydurmaya inanmırlar."

Bundan əvvəl ərəb koalisiyası Yəmənin şimalında yerləşən Hodeyda şəhərində hərbi əməliyyata başladığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi