​Zəlzələnin Nepala vurduğu ziyanın ilkin məbləği açıqlanıb

​Zəlzələnin Nepala vurduğu ziyanın ilkin məbləği açıqlanıb Mütəxəssislər başqa dövlətlərin Nepala yardım etməsinin vacibliyini vurğulayıb
Digər ölkələr
27 Aprel , 2015 16:01
​Zəlzələnin Nepala vurduğu ziyanın ilkin məbləği açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Zəlzələ nəticəsində Nepala 5 milyard dollar ziyan dəydiyi güman olunur. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda "İHS"in Asiya Sakit okean bölgəsi üzrə baş iqtisadçısı Raciv Bisvas bildirib. 

Onun sözlərinə görə, təbii fəlakətdən sonra dağıntıların aradan qaldırılması və yenidənqurma işlərinin görülməsi üçün Nepalın imkanı çox məhduddur. R.Bisvas başqa dövlətlərin Nepala yardım etməsinin vacibliyini də vurğulayıb.

Nepala dəyən ziyanla bağlı başqa bir hesablamanı isə ABŞ Geoloji Xidmət Agentliyi aparıb. Agentliyin dəyərləndirməsinə əsasən, ölkəyə dəyən ziyan 1 milyarddan 10 milayrd dollaradək ola bilər. Agentlik əməkdaşları ziyanın daha böyük ola biləcəyini açıqlayıblar. 

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 3,7 mindən çox insan ölüb, 7 minə yaxın insan çeşidli dərəcədə xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi