Zelenski ukraynalı deputatın Maldiv adalarında istirahətini pisləyib

Zelenski ukraynalı deputatın Maldiv adalarında istirahətini pisləyib Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın deputatının Maldiv adalarında istirahətini pisləyib.
Digər ölkələr
28 İyul , 2023 02:18
Zelenski ukraynalı deputatın Maldiv adalarında istirahətini pisləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın deputatının Maldiv adalarında istirahətini pisləyib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti müraciətində bildirib.

Zelenski Ali Radanın Maldiv adalarında istirahət edən deputat Yuri Aristovun mandatdan məhrum edilməsi barədə qərarını ədalətli adlandırıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

"Bu gün Ali Radanın bir deputatı üçün nöqsan. Ədalətlidir. İnanıram ki, indi deyəcəklərim də ədalətlidir. İstənilən məmurun, hansısa deputatın xaricə harasa getmək niyyətini son anadək yoxlamağa dəyər. Əgər kimsə həqiqətən də istəyirsə, dövlət işinə ara verib dincəlsin, onda dövlət də belə şəxslərdən “dincələcək”, - dövlət başçısı müraciətində bildirib.

Qeyd edək ki, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini, deputat Yuri Aristov iyul ayında ailəsi ilə birlikdə Maldiv adalarında dəbdəbəli 5 ulduzlu hoteldə istirahət etdiyi məlum olub. Orada dincəlmək xərcləri olduqca baha başa gəlir.

Son xəbərlər

Orphus sistemi