Ukrayna prezidenti Vladimir Zelenski ölkədə peyvəndlərin istehsalı məqsədilə mərkəzin yaradılması barədə göstəriş verib.
Bu barədə “Report” dövlət başçısının ofisinin
Qeyd edilir ki, Ukrayna prezidenti ölkənin bioloji təhlükəsizlik sisteminin inkişafı məsələləri üzrə müşavirə zamanı ukraynalıların vaksinlərlə təminatı məqsədilə elmi-tədqiqat və istehsal müəssisələri arasında əməkdaşlığın koordinasiyası üzrə mərkəz yaratmağı tapşırıb.
"Bu, gələcəkdə dövlətin peyvəndlərin və immunobioloji preparatların idxalından asılılığının öhdəsindən gəlməyə, həmçinin dövlət üçün bioloji amillərin və biotəhlükənin mənfi təsirinə mane olmağa imkan verəcək", - xəbərdə qeyd edilir.
Daha əvvəl Zelenski yeni koronavirus vaksininin yaradılmasından sonra Ukraynanın peyvəndin kütləvi istehsalına hazır olduğunu bildirib.