Zelenski: "Ukrayna 5 ildə qazın tranzitindən 7 milyard dollardan çox gəlir qazanacaq"

Zelenski: "Ukrayna 5 ildə qazın tranzitindən 7 milyard dollardan çox gəlir qazanacaq" Ukrayna və Rusiya beş il müddətinə Rusiya qazının tranzitinə müqaviləni imzalayıblar.
Digər ölkələr
31 Dekabr , 2019 02:58
Zelenski: Ukrayna 5 ildə qazın tranzitindən 7 milyard dollardan çox gəlir qazanacaq

UkraynaRusiya beş il müddətinə Rusiya qazının tranzitinə müqaviləni imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün "Facebook"dakı səhifəsində bildirib.

O, qeyd edib ki, bu müqavilə ilə rəsmi Kiyev 5 il ərzində ən azı 7 milyard dollar gəlir əldə edəcək.

"Ukrayna beş il müddətinə tranzit müqaviləsini imzalayıb, hansı ki, biz ən azı 7 milyard dollardan çox pul alacağıq. Tərəflər müqaviləni daha 10 il müddətinə uzada bilərlər", - prezident yazıb.

Dövlət başçısı vurğulayıb ki, ölkənin qaz nəqliyyat sistemi yüklənəcək, bu, enerji təhlükəsizliyi və ukraynalıların rifahı deməkdir. 

Son xəbərlər

Orphus sistemi