Zelenski Trampı Ukraynaya dəvət edib

Zelenski Trampı Ukraynaya dəvət edib Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı ölkəsinə dəvət edib.
Digər ölkələr
25 Sentyabr , 2019 23:37
Zelenski Trampı Ukraynaya dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı ölkəsinə dəvət edib.

Bu barədə "Report" "Fox News"a istinadən xəbər verir.

Məlumata görə, Tramp həmkarının dəvətini müsbət qiymətləndirib.

"Sələflərinizin Ukraynaya gəlməyə vaxtı yox idi, mənə söz verin ki, siz gələcəksiniz", - Nyu-Yorkda BMT Baş Assambleyasındakı danışıqların gedişatında Zelenski Trampa deyib.

Bildirilir ki, Tramp bu təklifə təbəssümlə reaksiya verərək, "mən çalışacağam", - deyib.

Ukrayna prezidenti öz növbəsində Trampa onu ABŞ-a dəvət etdiyi üçün təşəkkür edib: "Amma siz tarixi açıqlamadınız", - deyə Ukraynanın dövlət başçısı zarafat edib. 

Son xəbərlər

Orphus sistemi