Zelenski: "Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir"

Zelenski: "Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir" Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir.
Digər ölkələr
19 İyul , 2022 03:23
Zelenski: Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir

Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını xeyli maddi-texniki itkilərə məruz qoyub.

"Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir. Biz addım-addım irəliləyirik, işğalçıların təchizatını kəsirik, əməkdaşlıq edənləri aşkarlayıb zərərsizləşdiririk. Perspektiv göz qabağındadır - Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə olacaq. Yeganə məsələ zamandır”, - Zelenski bildirib.

Son xəbərlər

Orphus sistemi