Zelenski Mariupoldan təxliyənin növbəti mərhələləri barədə danışıb

Zelenski Mariupoldan təxliyənin növbəti mərhələləri barədə danışıb Ukrayna Prezidenti Volodimir Zelenski Mariupol şəhərindən təxliyənin növbəti mərhələləri barədə danışıb.
Digər ölkələr
8 May , 2022 01:36
Zelenski Mariupoldan təxliyənin növbəti mərhələləri barədə danışıb
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Mariupol şəhərindən təxliyənin növbəti mərhələləri barədə danışıb.

Bu barədə “Report” UNIAN-a istinadən xəbər verir.

““Azovstal”dan təxliyənin birinci mərhələsini yerinə yetirməkdə bizə kömək edən Beynəlxalq Qızıl Xaç Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının komandalarına təşəkkür edirik. Biz 300-dən çox insanı - qadınları, uşaqları xilas edə bildik. Əslində, biz mülki insanları “Azovstal”dan çıxardıq. Biz isə evakuasiya missiyasının ikinci mərhələsini - yaralıları və həkimlərin təxliyəsini hazırlayırıq. Təbii ki, hamı müqavilələrə əməl etsə. Təbii ki, əgər yalan yoxdursa”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Mariupol şəhərindən hərbçilərin də çıxarılması üzərində də iş gedir: “Mariupolu müdafiə edən bütün qəhrəmanları çıxarmağa çalışırıq. Bu son dərəcə çətindir. Amma vacibdir. Əminəm ki, hər kəs bu çətinliyin əsas səbəbini və bu səbəbin harada qaynaqlandığını anlayır. Amma biz ümidimizi itirmirik. Dayanmırıq. Biz hər gün işləyə biləcək belə diplomatik yol axtarırıq. Komandamız sabaha hazırlaşır və bütün Mariupol və yaxın yaşayış məntəqələri üçün humanitar dəhlizlərin açılması işini davam etdirir”.

Son xəbərlər

Orphus sistemi