Zelenski Makronla telefonla danışıb

Zelenski Makronla telefonla danışıb Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski Emmanuel Makronla telefonla danışıb.
Digər ölkələr
17 May , 2022 20:39
Zelenski Makronla telefonla danışıb

Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski Emmanuel Makronla telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski tviterdə bildirib.

Ukrayna Prezidenti müharibənin gedişindən danışıb və Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.

Zelenski, həmçinin Rusiya ilə danışıqlar prosesinin gələcək perspektivləri ilə bağlı fikirlərini açıqlayıb.

Prezidentlər, həmçinin Fransanın müdafiə dəstəyini, 6-cı sanksiyalar paketinin hazırlanmasını, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının mümkün yollarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi