Zelenski Conson ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Zelenski Conson ilə Ukraynadakı vəziyyəti müzakirə edibUkrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı tviterdəki hesabında bildirib.
Onun sözlərinə görə, danışıq zamanı tərəflər respublikadakı təhlükəsizlik vəziyyəti müzakirə ediblər.
"Boris Conson ilə səmərəli söhbət oldu. Biz Ukrayna ətrafında təhlükəsizlik vəziyyətini müzakirə etdik. Gərginliyin azaldılması ilə bağlı mümkün addımlar barədə fikir mübadiləsi apardıq. Biz sülhə nail olmaq üçün ümumi səylər göstəririk. Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirirəm”, - Zelenski danışıqlardan sonra tvitterdə yazıb.
Had a fruitful conversation with @BorisJohnson. Discussed the security situation around Ukraine. Exchanged views on possible steps for de-escalation. Working together to achieve peace. I appreciate the continued support of for 's sovereignty and territorial integrity.