Zelenski BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib

Zelenski BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib.
Digər ölkələr
21 Sentyabr , 2021 01:58
Zelenski BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib.

“Report”un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov xəbər verib.

"Prezidentin təyyarəsi Nyu-Yorkda eniş edib", - Nikiforov "İnterfaks-Ukrayna" agentliyinə bildirib.

Sentyabrın 22-də Ukrayna prezidentinin BMT-də çıxışı gözlənilir. Zelenski həmçinin səfər çərçivəsində bir sıra təşkilatların və dövlətlərin başçıları ilə görüşlər keçirəcək.

"Ukrayna prezidenti BMT və NATO baş katibi, bir neçə dövlətin liderləri ilə görüşəcək, ayrıca olaraq xarici sərmayədarlarla görüş keçirəcək. Bu, hərfən dəqiqələrlə yazılan çox məzmunlu səfər olacaq", - bu barədə isə Ukraynanın Xarici İşlər Nazirliyindən bildirilib.

Bu gün Zelenskinin Polşa, Moldova və Gürcüstan prezidentləri ilə görüşü planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi